Okt 01, 2018 09:10 Asia/Baku
  • Sepah Əhvaz terror cinayəti başçılarının qərargahını hədəfə alıb
    Sepah Əhvaz terror cinayəti başçılarının qərargahını hədəfə alıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah Əhvaz terror cinayəti başçılarının qərargahını bir neçə raketlə hədəfə alıb.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi Əhvaz terror cinayəti başçılarının Fərat-ın şərqində yerləşən qərargahının Sepah-ın hava-kosmos qüvvələrinin raket bölməsi tərəfindən "yer-yer" tipli bir neçə ballistik raketlə hədəfə alınmasından xəbər verib.

Əldə olunan ilkin məlumatlara görə, bu raket hücumunda Əhvaz terror cinayəti başçılarından və təkfirçi terrorçulardan çoxlu sayda cinayətkar ölüb və ya yaralanıbdır.

Mükəmməl məlumat sonradan elan olunacaqdır.

Terrorçular sentyabrın 22-də İran İslam Respublikasının silahlı qüvvələrinin Əhvazda keçirilən paradı kənarında tamaşaçı əhaliyə tərəf atəş açdılar. Nəticədə 24 nəfər şəhid oldu, 60 nəfər də yaralandı.

Ərəbistan və ABŞ tərəfindən dəstək alan İŞİD və Ələhvaziyyə terror qrupları bu terror hücumunun məsuliyyətini üzərlərinə götürüblər.

 

Teqlər