Okt 01, 2018 10:58 Asia/Baku
  • Sepah-ın Əhvaz terror cinayəti başçılarının qərargahına raket hücumu barədə məlumatı
    Sepah-ın Əhvaz terror cinayəti başçılarının qərargahına raket hücumu barədə məlumatı

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi bir məlumat yayaraq, Əhvaz terror cinayəti başçılarının Suriyada Fərat-ın şərqində yerləşən qərargahının hədəfə alınması əməliyyatını şərh edibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsinin məlumatında deyilir: İranın məzlum və müdafiəsiz xalqından 25 nəfərin şəhid olması, 69 nəfərin də yaralanması ilə nəticələnmiş 22 sentyabr Əhvaz terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu bu gün səhər tezdən Amerika və regiondakı bəzi rejimlər tərəfindən himayə olunan təkfirçi terrorçuların Suriyada, Fərat-ın şərqində yerləşən mövqelərini raket hücumuna məruz qoyubdur.

Məlumatda sonra deyilir: Bu əməliyyatda altı ədəd orta mənzilli ballistik raket Sepah-ın hava-kosmos qüvvələrinin raket bazalarından atılıb və muzdur və cinayətkar terrorçular 570 kilometrlik məsafədən ölümcül zərbələrin hədəfinə məruz qalıblar. Sonradan bu qüvvələrin yeddi ədəd hərbi pilotsuzu dünyanın zalım qüvvələrinin muzdur terrorçularının mövqe və qərargahlarını bombardan edibdir.

Məlumatda daha sonra deyilir: Əldə olunmuş dəqiq məlumatlara əsasən, bu əməliyyatda terrorçuların başçıları və təsirli ünsürlərindən bir qrupu ölüb və ya yaralanıb, həmçinin onların sursat anbarları və elektron infrastrukturları da məhv edilibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr şöbəsi vurğulayıb: İran xalqının təhlükəsizliyi ölkənin silahlı qüvvələrinin qırmızı xəttidir və bu qüvvələr İslami İranın qorunması və cəmiyyətin təhlükəsizliyi və asayişinin təmin edilməsində əlindən gələni əsirgəməyəcək və öz dəmir yumruğu ilə düşmənlərin hər cür şər hərəkətlərinə qətiyyətli və dağıdıcı cavab verəcəklər.

 

Teqlər