Okt 01, 2018 12:55 Asia/Baku
  • Rezayi: Əsas qulaqburması hələ qabaqdadır
    Rezayi: Əsas qulaqburması hələ qabaqdadır

İran İslam Respublikası Məsləhət Şurasının katibi bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı qərargahına qarşı raket hücumu bu cinayətkarlara qarşı yüngül bir cavab idi.

İran İslam Respublikası Məsləhət Şurasının katibi Mohsen Rezayi bu gün İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyada Əhvaz terror cinayəti başçılarının qərargahına qarşı raket hücumundan sonra twitter-də belə əlavə edib: Əsas qulaqburması hələ qabaqdadır.

İranın məzlum və müdafiəsiz xalqından 25 nəfərin şəhid olması, 69 nəfərin də yaralanması ilə nəticələnmiş 22 sentyabr Əhvaz terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu bu gün səhər tezdən terrorçuların Suriyada, Fərat-ın şərqində yerləşən mövqelərini İranın qərbindən  "yer-yer" tipli bir neçə ballistik raketlə hədəfə aldı.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei sentyabrın 24-də etdikləri bir çıxışda müdafiəsiz şəxslərə qarşı hücumu qorxaqcasına bir iş adlandıraraq, vurğuladılar: Mütləq kədərli Əhvaz hadisəsinin amillərinə sərt qulaqburması verəcəyik.

İslam İnqilabının Böyük Rəhbəri əlavə etdilər: Məlumatlara əsasən, bu qorxaqcasına iş Suriyada və İraqda hər yerdə problemlə üzləşərkən amerikalıların xilas etdikləri və əlləri səudiyyənin və əmirliklərin ciblərində olan kəslərin işidir.

Teqlər