Okt 16, 2018 21:55 Asia/Baku
  • Qasimi: Pakistan iranlı sərhədçilərin azad edilməsinə dərhal təşəbbüs göstərsin
    Qasimi: Pakistan iranlı sərhədçilərin azad edilməsinə dərhal təşəbbüs göstərsin

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Pakistan dövləti İran İslam Respublikasının sərhəd qüvvələrinin azad edilməsi və terrorçuların həbs edilməsi üçün bütün imkanlarından istifadə etməli və dərhal lazımı tədbirləri görməlidir.

Bəhram Qasimi bu gün İranın bir neçə sərhəd qüvvəsinin təkfirçi və terrorçu qruplaşma tərəfindən oğurlanaraq Pakistan ərazilərinə köçürülməsini pisləyib. 

İranın XİN sözçüsü deyib: İranın XİN başçısının Asiyanın qərbi üzrə köməkçisi bu gün Pakistanın Tehrandakı səfirindən istəyib ki, terrorçuların həbs edilməsi barədə İranın tələbini dərhal öz dövlətinə çatdırsın və İranın xarici işlər nazirliyini bu sahədə həyata keçən təşəbbüslərin nəticələri barədə məlumatlandırsın.

Teqlər