Okt 21, 2018 20:52 Asia/Baku
  • Cahangiri: Amerikanın sanksiyaları bacalma və zorakılıqdır
    Cahangiri: Amerikanın sanksiyaları bacalma və zorakılıqdır

İranın birinci vitse-prezidenti deyib: İranlı əhval-ruhiyyə və qeyrət icazə vermir ki, beynəlxalq razılaşmaları pozan və açıq şəkildə İran xalqına qarşı iqtisadi müharibə salacağını bildirən Amerikanın indiki hökumətilə müzakirə edilsin.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri bu gün Tehranda keçirilən bir mərasimdə əlavə edib: Amerikalılar öncə zorakılıqdan əl çəkməlidirlər. İran xalqı bərabər mövqedən məntiq və dialoq əhlidir.

Cahangiri deyib: Amerika İrana qarşı sanksiyalar yolunda təkdir və yalnız sionist rejim və Ərəbistan İrana təzyiq göstərmək üçün Vaşinqton ilə eyni fikirdədirlər.

İranın birinci vitse-prezidenti həmçinin Amerikanın sanksiyalarını bacalma və zorakılıq adlandırıb. O, deyib: Özəl sektor var gücü ilə səhnəyə gəlməlidir ki, sanksiya dövründən başıucalıqla çıxmış olaq.

Teqlər