Zərif: Səudiyyə Ərəbistanı özünün regional siyasətlərinə yenidən baxmalıdır
İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər nazirinin İran rəsmiləri ilə hərhansı telefon əlaqəsi saxlaması barədə məlumatsız olduğunu bildirərək deyib: Səudiyyə Ərəbistanı özünün regional siyasətinə yenidən baxmalıdır və bu reallaşarsa İran da qonşularla yaxşı əlaqələr yaratmaqda maraqlıdır.
Məhəmməd Cavad Zərif bu gün Pakistana səfərinin sonunda müxbirlərə verdiyi müsahibəsində bir ərəb mediyasının səudiyyə Ərəbistanının XİN başçısı Adil Əl-Cübəyrin İran rəsmiləri ilə telefon əlaqəsi saxlamasına dair iddiası barədə deyib: İranın qonşularının heç biri Tehranla çaxnaşmalı vəziyyətdən mənfəət görməyib və buna görə də bu siyasəti tezliklə kənara atmaq lazımdır.
Zərif həmçinin özünün Pakistana bir günlük səfərinin nailiyyətləri barədə deyib: Pakistan rəsmiləri oğurlanmış iranlı sərhədçilərin azad edilməsi prossesi barədə bütün səylərini səfərbər edəcəklərinə söz verdilər.
İİR XİN başçısı həmçinin Pakistanın Səudiyyə Ərəbistanı tərəfindən bombalanan Yəmən xalqının acınacaqlı durumuna son qoyulmasına dair təklifi barədə deyib: Ümid edirik Pakistan rəhbərləri artıq beynəlxalq səviyyədə tələbə çevrilməkdə olan bu təklifin ardını tutacaqlar.
Zərif Pakistan rəhbərləri ilə Əfqanıstan mövzusunu və bu ölkədə milli dialoq məsələsini də müzakirə etdiyini bildirərək deyib: Əfqanıstanda bütün tərəflərin müzakirələrə qatılması üçün İran ilə Pakistan arasındakı əməkdaşlıqlar vurğulandı.
İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif oğurlanmış iranlı sərhədçilərin taleyi ilə əlaqədar müzakirələr aparmaq üçün bu gün yüksək səviyyəli bir heyətə başçılıq edərək İslamabada daxil oldu və bu ölkənin baş naziri , XİN başçısı və ordunun quru qoşunlarının komandanı ilə görüşlər keçirdi.