Noy 02, 2018 12:58 Asia/Baku
  • İranın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif D-8 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün bu gün bir nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək.

Səkkiz islami ölkədən təşkil olunmuş D-8 qrupu, üzv ölkələrin iqtisadi əməkdaşlıqlaırnın gücləndirilməsi və genişləndirilməsi məqsədilə 1997-ci ildə fəaliyyətə başlayıbdır.

Bu qrupa İran, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya daxildirlər.

Teqlər