Noy 04, 2018 19:09 Asia/Baku
  • General Cəfəri: Dünya Amerikanın sözün əsl mənasında tənəzzülünün şahididir
    General Cəfəri: Dünya Amerikanın sözün əsl mənasında tənəzzülünün şahididir

Sepah-ın baş komandanı 13 aban gününü İran xalqının dünya imperializmi ilə mübarizə simvolu adlandırıb və vurğulayıb ki, dünya Amerikanın sözün əsl mənasında tənəzzülünün şahididir.

General-mayor pasdar Mohəmməd Əli Cəfəri bu gün Tehranda keçirilən 13 aban mərasimində ABŞ-ın anti-İran sanksiyalarına işarə edərək, deyib: Amerikanın İrana qarşı sanksiya vasitələrinin faydasızlığı Amerika başçılarının puç qüdrətlərinin tənəzzül etdiyini göstərir.

General-mayor pasdar Cəfəri bildirib ki, İslam İnqilabının qırxillik tarixi Amerikanın İranda və regiondakı ardıcıl məğlubiyyətlərindən söz açır. O, əlavə edib: İran xalqının müqavimətilə Amerika İranla iqtisadi savaşda da məğlub olacaqdır.

Sepah-ın baş komandanı vurğulayıb: Əgər İran xalqının 1358-ci günəş ili abanın 13-dəki anti-imperialist hərəkəti olmasaydı, bu gün dünyada hegemonçuluq sisteminə və Amerikaya qarşı azadlıqsevərlik mübarizələri və imperializm ilə mübarizə ilə bağlı belə bir hadisə baş verməzdi.

 

Teqlər