İran Şeyx Salmanın ömürlük həbsə məhkum edilməsini qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman barəsində ömürlük həbs qərarının çıxarılmasını tənqid etdi.
Bəhreyn məhkəməsi bazar günü Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman və bu ölkə parlamentinin üzvü olmuş 2 nəfər barəsində ömürlük həbs qərarı çıxardıb. Şeyx Əli Salman və digər iki nəfər Qətərə casusluq etməkdə ittiham olunurlar.
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Bəhram Qasemi Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mötədil bir şəxsiyyətə malik olduğuna işarə edərək, deyib: Şeyx Əli Salman barəsində ömürlük həbs qərarının çıxarılması Bəhreyn hökumətinin ölkədə islahatlar aparmaq fikrində olmadığına dair deyilənlərin doğru olduğunu sübut edir.