Zərif: ABŞ ilə müzakirənin şərti Vaşinqtonun rəftarına düzəliş etməsidir
İran İslam Respublikasının xarici işlər naziri Amerikada çıxan USA Today qəzeti ilə müsahibədə Birləşmiş Ştatlar ilə müzakirənin şərtini Vaşinqtonun öz rəftarına düzəliş etməsi və qarşılıqlı hörmət adlandırıb.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: "Qarşılıqlı etimad" müzakirə üçün ön şərt olmasa da, "qarşılıqlı hörmət" müzakirə üçün ön şərtdir. Və İran ABŞ ilə 2 səhifəlik yox, (ABŞ ilə Şimali Koreya arasındakı nüvə anlaşması) 150 səhifəlik bir anlaşmya nail olmuşdu. Amma, ABŞ bu anlaşmadan çıxmaq qərarına gəldi.
Zərif daha sonra deyib: Amerika etibarlı müzakirə tərəfi deyil. Və bu dünya ictimaiyyətinin üzləşdiyi ciddi problemdir.
İran İslam Respublikasının xarici işlər naziri "müzakirə dalanı"ndan xilas olmağın yoluna gəlincə deyib: Biz, hökumətin deyil, amerikalıların fərqli rəftar sərgiləməsinə ehtiyaclıyıq.
Zərif Amerikada yeni prezidentin iqtidara gələcəyi təqdirdə, İranın müzakirədə maraqlı olub-olmayacağı sualına gəlincə deyib: Əgər yeni baxış mövcud olarsa.