İran və Pakistan EKO dəmiryolu xəttinin reallaşmasını vurğulayıblar
İranın İslamabaddakı səfiri və Pakistanın dəmiryolu naziri regional həmkarlığın genişləndirilməsi məqsədilə EKO dəmiryolu xəttinin reallaşmasını vurğulayıblar.
Mehdi Honərdust Pakistanın dəmiryolu naziri ilə görüşdə iranlı şirkətlərin dəmiryolu layihələrində iştirak üzrə qabiliyyətlərini şərh edərək, Tehranın bütün sahələrdə, xüsusən dəmiryolu həmkarlığında ikitərəfli həmkarlığın genişləndirilməsinə hazır olduğunu bildirib.
Pakistanın dəmiryolu naziri də bu ölkənin Bəluçestan əyalətinin mərkəzi olan Kvettadan Təftana uzanan dəmiryolu xəttinin inkişaf erdirilməsini ölkəsinin İranla ticarət və iqtisadiyyat sahələrindəki əlaqələrinin genişləndirilməsi üçün zəruri adlandırıb.
Pakistan-İran-Türkiyə marşrutunda hərəkət etməklə ötən illərdə bu ölkələr arasında ticarət anlaşmasının və tranzitin genişləndirilməsinə zəmin yaratmış EKO qatarı neçə ildir ki, dayanıbdır.