İran Avropanın zəif mövqeyini kəskin tənqid edib
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: Nüvə anlaşmasının pozulması ABŞ tərəfindən Avropa Birliyinin heysiyyəti, etibarı və siyasi yerinin tapdanması deməkdir.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün Tehranda İngiltərənin xarici işlər naziri Cermi Hant ilə görüşdə əlavə edib: İran digər tərəflərin Amerikanın nalayiq rəftarı və danışığı qarşısındakı zəif mövqelərinə görə, öz məsuliyyətləri və milli maraqlarına əsasən, Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxması ilə mübarizə və anlaşmadan öncəki şəraitə qayıtma imkanı sahəsində lazımi qərarları çıxarıbdır.
Şəmxani həmçinin İranın terrorizmlə ardıcıl mübarizədəki ciddiliyini vurğulayaraq, deyib: İranın real siyasət və addımları olmasaydı, eləcə də terrorizmlə mübarizə yolunda onlarla şəhid verməsəydi, bu gün İŞİD İraq və Suriyada hökumətlik edər və Avropanın qonşusu olardı.
İngiltərə dövlətinin Ərəbistan və Bəhreyn kimi insan haqlarını pozan ölkələrə silah və təhlükəsizlik təchizatları satma hərəkətini tənqid edən İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi söyləyib: Təcavüzkar səudiyyə ərəbistanının və əmirliklərin Yəməndə törətdikləri faciəli cinayətlərə göz yumulması Amerika və Avropa ölkələri başçılarının nəzərində insanların həyatının sövdələşə bilinən olmasından və ikili standartların tətbiq edilməsindən xəbər verir.
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: Bəzi Avropa ölkələrinin Amerika dövlətinin siyasətlərini hər cür müşayiət etmələri İran xalqının və region xalqlarının ümumi fikirlərinin yanında Amerikanın, sionist rejimin və regionun mürtəce ölkələrinin cinayətlərində cinayət şərikləri kimi həmin ölkələrə qarşı mənfi baxışın formalaşmasına səbəb olacaqdır.
İngiltərənin xarici işlər naziri Cermi Hant da qarşıda duran məsələlərin izlənilməsi və həlli zərurətinə təkid edərək, deyib: Avropa nüvə anlaşması nailiyyətlərini qorumağa meyllidir və bu yolda dollarsız iqtisadiyyat və Amerikadan müstəqil maliyyə mübadiləsi sisteminin təsisi kimi ideyaları ciddi şəkildə izləyir və onu həyata keçirmək istiqamətində müştərək səy göstərməkdədir.