Zərif: Dünyada supergüclük dövrü başa çatıb
İran İslam Respublikasının xarici işlər naziri deyib: Dünyada supergüclük dövrü başa çatıb.
Məhəmməd Cavad Zərif bu gün Tehranda keçirilən bir mərasimdə İran İslam Respublikasında xalqın mühüm roluna işarə edərək, deyib: İslam Respublikası dünyada və regionda mühüm bir aktivistdir və gələcəyi qura bilər.
Zərif əlavə edib: İran güclü və təsiredici bir ölkədir və bu reallıq nəinki son qırx ildə, həm də ötən yeddi min ildə də sübuta yetibdir.
İranın xarici işlər naziri sonra Ərəbistanın keçən ildə Amerikadan və Qərbdən 69 milyard dollarlıq silah almasına, lakin bununla belə, Amerikanın respublikaçı senatoru Lindsi Qremin bu ölkəni lağa qoyaraq, bu sözləri deməsinə işarə edib: Əgər Amerika bir həftə ali-səud başçılarını himayə etməzsə, ərəbistanlılar fars dilində danışmağa məcbur olarlar.
Zərif həmçinin Trampın "Əgər Amerikanın Ərəbistana dəstəkləri olmasaydı, bu ölkə özünü idarə edə bilməzdi" sözlərinə toxunaraq, əlavə edib: Bir müsəlman kimi Trampın qonşular barədəki bu sözlərinə görə, xəcalət çəkirəm.