Dek 17, 2018 20:48 Asia/Baku
  • EKO ölkələri arasında ticarət əlaqələrinin həcminin 120 milyard dollara çatdırılmasına təkid edilib
    EKO ölkələri arasında ticarət əlaqələrinin həcminin 120 milyard dollara çatdırılmasına təkid edilib

EKO iqtisadi əməkdaşlıq təşkilatının baş katibi deyib: EKO ölkələri arasında illik ticarət əlaqələrinin həcmi hazırda 60 milyard dollardır. Bu rəqəm 2025-ci ilə kimi 120 milyard dollara çatdırılmalıdır.

İRİB-nin verdiyi məlumata görə, Hadi Sultanpur EKO-nun regional proqramlaşdırma şurasının iclasının kənarında Tehranda jurnalistlər qarşısında deyib: Hazırda dünya ticarətinin 7.7%-i EKO ölkələrinin ixtiyarındadır. Və proqramlaşdırmalara əsasən hər il bu rəqəmin 10 milyard dollar artırılması nəzərdə tutulub. 

EKO-nun baş katibi həmçinin deyib: Rüsumların azaldılması, fərqli sərmayə qoyuluşunun artırılması, özəl sektor üçün əməkdaşlıq şəraitinin asanlaşdırılması və üzv ölkələrin bazarlarının birləşdirilməsi həyata keçirilməli olan planlardır. 

Sultanpur həmçinin deyib: EKO ölkələri ticarət, nəqliyyat, turizm, sənaye və mədən, iqtisadi inkişaf mövzuları üzrə ikitərəfli müzakirələr həyata keçiriləcək. Bu müzakirələrdə elan olunmuş proqramların hər birində üzv ölkələrin payları müəyyən ediləcək. 

O, EKO-nun əsas proqramlarından birini dəniz limanlarının qurudakı limanlara birləşdirilməsi adlandırıb və deyib: EKO-ya üzv 7 ölkə su sərhədlərinə malik deyil . Buna görə də, dəniz limanlarının quru limanlarına qovuşdurulmasına çalışırıq. 

EKO-nun regional proqramlaşdırma şurasının 29-cu iclası bu gün Tehranda işə başlayıb. 

İran, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-ya üzv 10 ölkədir. 

Teqlər