Dek 30, 2018 17:26 Asia/Baku
  • Qasemi: Maliyyə mexanizmi üçün müxtəlif seçimlər izlənilir
    Qasemi: Maliyyə mexanizmi üçün müxtəlif seçimlər izlənilir

İran Xarici İşlər Nazirliyinin sözçüsü SPV kanalının işə salınması üçün Avropa tərəfindən şərtlərin təyin olunmasını təkzib edərək, deyib: İran başqalarının onun üçün şərt təyin edəcəyi bir ölkə deyildir.

Bəhram Qasemi Avropa Birliyinin bu birliyin İranla xüsusi maliyyə kanalının işə salınmasını yubatması barədə belə əlavə edib: İran mütləq şəkildə bir kanal və mexanizmi izləməyərək, müxtəlif işlər görübdür və xoşbəxtlikdən, nisbətən qənaətbəxş bir şəraitdədir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıqla bildiribdir ki, Avropa Amerikanın təzyiqinə görə təyin edilmiş vaxtda xüsusi maliyyə kanalı olan öz paketini elan edə bilməməsinə rəğmən, bu yolda hərəkət və öz öhdəliklərinə əməl edə biləcək.

Qasemi Amerikanın Avropaya qarşı çoxlu təzyiqlərinə rəğmən, indiyədək bu mexanizmin Avropa Birliyi tərəfindən icra olunmamasından təəssüf ifadə edərək, belə deyib: Ümid edirik ki, Avropa bu təzyiqlər qarşısında öz avropalı mahiyyətini müdafiə edə biləcək.

Teqlər