İran İraqa və Suriyaya kömək etməsəydi, terrorçular regionda hökumətlik edərdilər
İran İslam Respublikasının birinci vitse-prezidenti Tehranın Bağdada və Dəməşqə köməyini İraq və Suriyada terrorçuların məhv edilmələrinin səbəbi adlandırıb.
Eshaq Cəhangiri Tehranda 10-cu Farabi beynəlxalq festivalının bağlanış mərasimində deyib: Terror qrupları region ölkələrində, xüsusən İraq və Suriyada insanları qırğın etmək istəyirdilər və əgər İranın yardımı olmasaydı, bu gün İŞİD terror qrupu regionda hökumətə və dövlətə malik olmuş olardı.
Cəhangiri həmçinin ötən qırx ildə İranda və regiondakı tarixi hadisələrə nəzər salaraq, əlavə edib: İran səkkizillik icbarı müharibəni arxada qoydu və regionda amerikalıların və region ölkələrinin törətdikləri böyük Fars Körfəzi müharibəsinin təsirləri hələ də görünməkdədir.
İran İslam Respublikasının birinci vitse-prezidenti söyləyib: İran Amerikanın iqtisadi savaşı ilə mübarizədə ötən qırx ilin təcrübələri və nailiyyətlərindən bəhrələnmək, həmçinin yaradılmış fürsətlərdən istifadə etməklə qarşısında duran sıxıntılar və təhdidlərdən uğurla keçib gedə bilər.