Yan 30, 2019 10:42 Asia/Baku
  • İran İraqın bərpasına yardım etməyə hazır olduğunu elan etdi
    İran İraqın bərpasına yardım etməyə hazır olduğunu elan etdi

İran İslam Respublikasının İraqrdakı səfiri çərşənbə axşamı Tehranın İraqın bərpasına və iraqlı didərginlərin problemlərinin həllinə yardım etməyə hazır olduğunu bildirib.

İRNA-nın məlumatına görə, İrəc Məscidi İranın Bağdaddakı səfirliyində İraqın Əl-Ənbar, Səlahəddin və Bağdad vilayətlərində tayfa başçıları ilə görüşdə deyib: İran İslam Respublikası İraqın bərpasıvə İŞİD terrorçularının hücumu və işğalçılığına məruz qalan iraqlı didərginlərin problemlərinin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək. 

İranın İraqdakı səfiri əlavə edib: İran terrorçular ilə savaşda İraqı himayə etdiyi kimi, quruculuq dövründə də İraqın kənarında olacaq. 

Bu görüşdə İraqın Əl-Ənbar, Səlahəddini və Bağdad vilayətlərinin tayfa başçıları da öz vilayətlərinin problemlərindən söz açaraq, İrandan quruculuq dövründə İraqda aktiv iştiraka malik olmasını istəyiblər. 

Teqlər