Fev 21, 2019 17:07 Asia/Baku
  • Xaş-Zahidan terror hücumu ilə bağlı 8 müttəhim həbs olunub

İranın Sistan və Bəluçestan vilayətinin ədliyyə idarəsinin rəisi deyib: Bu vilayətin hüquq-mühafizə, təhlükəsizlik və hərbi qüvvələrin səyləri ilə indiyədək Xaş-Zahidan terror hücumu ilə bağlı 8 müttəhim həbs olunub.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

Ebrahim Həmidi bu gün bildirib ki, bu müttəhimlərdən ikisi dünən və bu gün həbs olunub. O, deyib: Öncəki günlərdə həbs olunmuş altı nəfərdən kamikadze avtomobilinin yiyəsi olan bir qadın Xaş şəhərində həbs olunubdur.

İranın Sistan və Bəluçestan vilayətinin ədliyyə idarəsinin rəisi əlavə edib: Həbs olunan qadının mənzilində  aparılan axtarış zamanı kamikadze avtomobilinin tikələri aşkar edilib və məhkəmə işi qətiyyətlə davam etdirilir.

O, həmçinin Sistan və Bəluçestan vilayətinin Xaş və Səravan şəhrestanlarında məxfi evlərin aşkar edildiyini xəbər verib. Qeyd edib ki, bu axtarışlarda Xaş şəhrestanında partlayışa hazır 150 kiloqram partlayıcı maddə və Səravan şəhrestanında bomba düzəltmək üçün 600 kiloqram partlayıcı maddə aşkar edilibdir.

Teqlər