Venesuela xarici işlər nazirinin müavini Zəriflə görüşüb
Venesuela xarici işlər nazirinin müavini Ruben Daryo Molina bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Bu görüşdə iki tərəf, ikitərəfli məsələlər, beynəxalq olaylar və Amerikanın Venesuela daxil olmaqla bir çox dünya ölkəsinin daxili işlərinə qarışması ətrafında fikir mübadiləsi aparıb.
Venesuela dövləti müxaliflərinin rəhbəri Xuan Quaydo yanvarın 23-də ABŞ-ın və müttəfiqlərinin aşkar himayəsilə özünü Venesuelanın prezidenti adlandırdı. Venesuelanın dövləti və xalqı bu hərəkəti xalq tərəfindən seçilmiş prezident Nikolas Maduroya qarşı çevriliş adlandırıblar.
Bir çox ölkə, o sıradan İran, Rusiya və Çin ABŞ-ın və müttəfiqlərinin bu rəftarlarını pisləyərək, Venesuelanın suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.