İran Britaniyanın Livan Hizbullahına qarşı hərəkətini qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərə hökumətinin Livan Hizbullahının adını terrorçu qruplar siyahısına daxil etməsinə reaksiya olaraq dedi: İngiltərənin bu hərəkəti Livan xalqının böyük bir hissəsini və Hizbullahın Livanın siyasi və idarəetmə strukturundakı qanuni mövqeyini qəsdən görməməzliyə vurmaq mənasındadır.
İRİB-nin məlumatına görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi şənbə günü Livan Hizbullahının geniş ictimai mövqeyə və xalq bazasına malik olduğunu bildirdi və dedi: Hizbullah Livanın digər siyasi partiyaları kimi Livanın bütün rəsmi və qanuni fəaliyyətlərində habelə, seçkilərində o cümlədən bələdiyyə seçkilərində iştirak etməklə yanaşı, müxtəlif peşə sindikatlarında aktiv fəaliyyətə malikdir.
Qasımi Hizbullahın Livan parlamentində nümayəndələrə malik olmaqla yanaşı. bu ölkənin nazirlər kabinetində də iştiraka malik olduğunu bildirdi və dedi: Hizbullah Livanın ərazi bütövlüyü və milli hakimiyyətini müdafiədə parlaq keçmişə malik olmasına və sionist rejimin təcavüzlərinə qarşı mübarizədəki uğurlarına görə Livan xalqı tərəfindən geniş himayəyə malikdir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hizbullahın özünü təkfirçilik və sionizm terrorunun qurbanı adlandırdı və dedi: Hizbullah ötən on ildə terrorizm xüsusilə İŞİD ilə mübarizədə başlıca tərəflərdən biri olub.
Qasımi İngiltərənin bu yanlış hərəkətinin Hizbullahın mövqeyinə və roluna kölgə sala bilməyəcəyini deyərək, İngiltərə hökumətinə belə tövsiyə etdi: Reallığı dərk etmək üçün Hizbullahın parlament seçkiləri və digər seçki fəaliyyətlərində malik olduğu ictimai bazaya diqqət göstərmək lazımdır.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü əlavə etdi: İslam Respublikası Hizbullahı Livanda siyasi sabitliyin təhlükəsizliyin təmin edilməsində inkaredilməz rola malik olan qanuni və legitim qüvvə hesab edir.