Sepah-ın dəniz qüvvələrinin komandanı anti-lazer silahının istehsalından xəbər verib
https://azeri.sahartv.ir/news/İran-i336035-sepah_ın_dəniz_qüvvələrinin_komandanı_anti_lazer_silahının_istehsalından_xəbər_verib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı Amerikanın lazer silahı ilə mübarizə üçün anti-lazer silahının istehsalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2019 14:24 Asia/Baku
  • Sepah-ın dəniz qüvvələrinin komandanı anti-lazer silahının istehsalından xəbər verib
    Sepah-ın dəniz qüvvələrinin komandanı anti-lazer silahının istehsalından xəbər verib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı Amerikanın lazer silahı ilə mübarizə üçün anti-lazer silahının istehsalından xəbər verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı kontr-admiral Əlireza Təngsiri Təsnim xəbər agentliyi ilə müsahibədə deyib ki, Sepah mütəxəssisləri Amerikanın lazer silahı və pilotsuzları ilə mübarizə üçün proqramlaşdırma aparıblar.

Sepah-ın dəniz qüvvələrində müxtəlif gəmi növlərinin istehsalı qüdrətinə işarə edən kontr-admiral Təngsiri vurğulayıb: Hazırda Sepah-ın dəniz qüvvələrinin sənaye mərkəzlərində raketatan və patrul gəmiləri istehsal olunur.

Sepah-ın dəniz qüvvələrinin komandanı həmçinin deyib: İslam İnqilabı Keşikçiləri Korpusu yaxın gələcəkdə raket və torpeda ilə təchiz olunmuş və vertolyotdaşıma qabiliyyətinə malik olan 65 metrlik gəmi istehsal edəcəkdir.