Mart 14, 2019 13:15 Asia/Baku
  • ABŞ-ın anti-İran sanksiyalarının praktik məğlubiyyəti həyata keçməkdədir

İranın Mərkəzi Bankının müdiri deyib: Amerikanın İrana qarşı sanksiya siyasətinin məğlubiyyəti praktikada həyata keçməkdə və onun İranın ticarət mexanizminin dəyişməsindəki təsirləri tədricən özünü göstərməkdədir.

İran İslam Respublikasının prezidenti  Həsən Ruhani ilə yanaşı İraqa səfər etmiş İranın Mərkəzi Bankının müdiri Əbdolnaser Hemməti Tehrana geri dönərkən vurğulayıb: İran ilə İraq, Türkiyə, Azərbaycan Respublikası və Əfqanıstan arasındakı iqtisadi və ticarət əlaqələrindəki proses ilə, İranın ticarət məqsədləri, ixracat xidmətləri və əmtəə mallarının tərkibində böyük bir dəyişiklik yaranıbdır.

İranın Mərkəzi Bankının müdiri deyib: İranın digər ölkələrlə regional və beynəlxalq mübadilələrində dolların aradan götürülməsi İranın yeni ticarət strategiyasının mühüm nəticələrindən biridir.

Hemməti həmçinin deyib: Bu strategiyanın təkmilləşməsi, İranın qonşu ölkələrlə ticarət balansında müvanizətin yaradılmasıdır ki, bu, İranın digər ölkələrdən birbaşa idxalat asılılığını təqribən böyük miqdarda azaldır və həmin ölkələrin İrana olan ixracatlarının mühüm hissəsi bu ölkələrin yeni ixracatları yolu ilə təmin oluna bilər.

 

 

Teqlər