Mart 17, 2019 18:58 Asia/Baku
  • İranın Cənubi Pars qaz yatağının 4 yeni fazası istifadəyə verildi
    İranın Cənubi Pars qaz yatağının 4 yeni fazası istifadəyə verildi

İranın Cənubi Pars qaz yatağının 4 yeni fazası bu gün İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə istifadəyə verildi.

İRNA-nın məlumatına görə, bu layihənin icrasında istifadə edilən bütün təchizatlar yerlidir və onların istehsalı və quraşdırılmasında sadəcə yerli imkanlardan istifadə olunub. Bu 4 fazanın istifadəyə verilməsi ilə dənizdən quruya 2 milyard kub fut qaz nəql olunacaq.

Bu fazaların istifadəyə verilməsi ilə hər gün 113 milyon kubmetr neftli qaz, 100 milyon kubmetr metan, 150 min barel qaz konsendantları və 800 ton kükürd istehsal ediləcək. Həmçinin, il ərzində 2 milyon 100 min ton maye qaz və 2 milyon ton etan istehsal ediləcək.

İran ilk dəfə olaraq bu 4 fazanın istifadəyə verilməsi ilə bu müştərək qaz yatağının istismarında Qətərdən önə keçib.

Bu layihənin icrası iranlı şirkətlərdən təşkil olunmuş konsorsium tərəfindən həyat akeçirilib.

Teqlər