İran Qazaxıstanda qüdrətin ötürülməsini dəstəkləyib
https://azeri.sahartv.ir/news/İran-i337271-İran_qazaxıstanda_qüdrətin_ötürülməsini_dəstəkləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qazaxıstan prezidentinin istefasına reaksiyada bildirib ki, İran Qazaxıstanda qüdrətin bu ölkənin əsas qanunu çərçivəsində ötürülməsini və bu ölkədəki hazırkı olayları himayə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2019 16:40 Asia/Baku
  • İran Qazaxıstanda qüdrətin ötürülməsini dəstəkləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qazaxıstan prezidentinin istefasına reaksiyada bildirib ki, İran Qazaxıstanda qüdrətin bu ölkənin əsas qanunu çərçivəsində ötürülməsini və bu ölkədəki hazırkı olayları himayə edir.

Bəhram Qasemi deyib: Nazarbayev Qazaxıstanda görkəmli, təsiredici və sayıq bir siyasətçidir və onun prezidentliyi dövründə İran-Qazaxıstan əlaqələri daim dostcasına və inkişafda olan əlaqələr olubdur.

Qasemi Nazarbayevin kənara çəkilməsindən sonra Qazaxıstanda növbəti prezident seçkilərinədək prezidentin vəzifələrini icra edəcək Kasım-Jomart Tokayevi təbrik edərək, ümidvarlıq edibdir ki, iki ölkə arasındakı dostluq və qardaşlıq keçmişdəki kimi davam edəcək.