İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, avropalıların nüvə anlaşmasındakı vəzifələri ilə gördükləri iş arasında böyük bir fərq vardır. O həzrət vurğulayıblar ki, avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular.
Həzrət Ayətullahuluzma Xamenei bu gün axşam yeni ilin ilk günündə Rəzəvi hərəminin zəvvarları və ətraf sakinlərinin əzəmətli toplusu qarşısında deyiblər: İran ilə altı ölkə arasında müqavilə olan nüvə anlaşması məsələsində amerikalı tərəfin çıxmasından sonra avropalılar Amerikanın qarşısında dayanmalı və öz öhdəliklərinə sadiq qalaraq, sanksiyaları götürməli idilər ki, indiyədək dayanmayıblar. Onlar daima İrana da tövsiyə edirlər ki, nüvə anlaşmasında qalsın, lakin özləri əməldə nüvə anlaşmasından çıxıblar, zira İrana qarşı yeni sanksiyalar tətbiq ediblər.
İslam İnqilabının Böyük Rəhbəri İran ilə Avropa arasında maliyyə kanalının yaradılması məsələsinə işarə edərək, deyiblər: Bu maliyyə kanalı daha çox acı bir zarafata bənzəyir və heç bir mənası yoxdur.
Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, iqtisadi önləyicilik mərhələsinə çatmağın yeganə yolu, qərblilərin köməkləri və müşayiət etmələrinə ümidi kəsməkdir. O həzrət əlavə ediblər: Qərblilərin rəftarından dəqiq müşahidələr və tarixi təcrübələr göstərir ki, onlardan fitnə, xəyanət və arxadan zərbə gözləmək olar, amma onlardan kömək, sədaqət və müşayiət gözləmək olmaz.
İslam İnqilabının Böyük Rəhbəri 1398-ci günəş ilini “fürsətlər ili” adlandırraraq əlavə ediblər: Əlbəttə, biz iqtisadi müharibədə düşməni məğlub etməliyik və Allah-Taalanın köməkliyi ilə onu məğlub edəcəyik, amma bu kifayət etməz və önləyicilik yaratmalıyıq.
O həzrət düşmənlərin İranın müdafiə üstünlüyünü etiraf etmələrinə işarə edərək, vurğulayıblar: İran İslam Respublikasının müdafiə sahəsindəki qüdrəti və möhkəm yumruğu əslində İranın önləyicilik qüdrətidir ki, sanksiyaların sayəsində əldə olunub və iqtisadi məsələlərdə də sanksiyalar fürsətindən elə bu önləyicilik qüdrətinə çatmaq olar.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Avropa və Amerika daxil olmaqla Qərbdə qüdrət və siyasət zalımcasına, zorakıcasına, məntiqsiz və tamahkarcasınadır və qərbli siyasətçilər təmtəraql və odekolon vurulmuş zahiri görkəmlərinin əksinə olaraq, daxildə doğrudan da vəhşi insanlardırlar.
O həzrət həmçinin vurğulayıblar ki, səud hökuməti “regionun ən pis, müstəbid, diktator, zalım, pozğun və asılı hökumətidir”.
Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Qərblilər belə bir hökumət üçün nüvə imkanları və raket istehsalı mərkəzləri təşkil edirlər, zira səud hökuməti onlardan asılıdır. Əlbəttə, səud hökuməti üçün nüvə və raket mərkəzlərinin tikilməsindən narahat olmuruq, zira bu mərkəzlər o qədər də uzaq olmayan bir gələcəkdə Allah-Taalanın köməkliyi ilə İslam mübarizlərinin əlinə düşəcəkdir.