Zərif: İranlılar yəhudiləri köləlikdən və soyqırımdan qurtardılar
İranın xarici işlər naziri ABŞ dövlət katibinin sionistlərə yaltaqlıq etməsinə cavab olaraq qeyd edib ki, iranlılar yəhudiləri köləlikdən və soyqırımdan qurtardılar.
Amerikanın dövlət katibi Mayk Pompeo cümə günü işğal olunmuş Qüdsdə CBS informasiya kanalı ilə müsahibədə belə bir gülünc ifadə işlədərək, iddia edib: Amerika prezidenti Donald Trampı Allah göndərib ki, sionist rejimi İran təhdidindən nicat versin.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər tezdən twitter-dəki şəxsi səhifəsində yazıb: Hətta səmavi kitab olan Torat-ı belə, iranofobiya məqsədləri üçün təhrif ediblər. O, əlavə edib: Torat-ın həqiqətdə dediyi söz budur ki, iranlı padşah Babildə yəhudiləri əsirlikdən xilas etdi.
İranın xarici işlər naziri digər iranlı padşahın da yəhudiləri soyqırımdan xilas etdiyini qeyd edərək, vurğulayıb: Soyqırımı hazırlayanlar İran deyil, Nəqəb əhalisi tərəfindən təşviq edildilər və İran padşahı yeganə xaricidir ki, o, “Məsih” kimi xatırlanıbdır.