Apr 02, 2019 09:44 Asia/Baku
  • Ruhani bələdiyyə seçkilərinin keçirilməsi münasibətilə Türkiyə prezidentini təbrk etdi
    Ruhani bələdiyyə seçkilərinin keçirilməsi münasibətilə Türkiyə prezidentini təbrk etdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana ünvanlanmış təbrik müraciətində onu bələdiyyə seçkilərnin uğurlu keçirilməsi münasibətilə təbrk etdi.

İRNA-nın məlumatına görə, prezident Həsən Ruhani türkiyəli həmkarına ünvanlanmış təbrk müraciətində bələdiyyə seçkilərinin uğurla keçirilməsini xalqın öz taleyinin təyin edilməsindəki iştirakının və demokratiyanın aydın nişanəsi adlandırdı.

Ruhani həmçinin Türkiyə xalqı və dövlətinin inkişafı və başucalığını İran xalqı və dövləti üçün sevindirici hal adlandırdı. 

Türkiyədə bələdiyyə seçkiləri dünən ölkənin 81 vilayətində keçirildi. Bu ilki seçkilərdə 57 milyon nəfərin səsvermə haqqına malik olduğu bildirilmişdi. Bu seçkilər ölkədə siyasi quruluşun parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişməsinin ardınca keçirilən 24 iyun 2018-ci il tarixli prezident seçkilərində Rəcəb Təyyib Ərdoğanın qələbə çalmasından sonra ölkədə keçirilən ilk seçkilərdir. 

Türkiyə qanunlarına əsasən əhalisinin sayı 5 mindən çox olan hər bir şəhərin bələdiyyəsi və valisi olmalıdır. 

Türkiyədə keçirilən seçkilərin nəticəsinə əsasən hakim Ədalət və İnkişaf Partiyasının namizədləri İstanbul, Ankara və İzmir kimi əsas şəhərlərdə məğlub olsalar da, digər məntəqələrdə qələbə çalmağı bacarıblar. Bununla da Ərdoğanın başçılıq etdiyi hakim partiya çoxluq baxımından digər partiyalardan öndədir. 

Teqlər