İranda seldən zərər çəkmiş məntəqələrdə fövqəladə telefon və intenret əlaqəsi yaradılıb
https://azeri.sahartv.ir/news/İran-i338271-İranda_seldən_zərər_çəkmiş_məntəqələrdə_fövqəladə_telefon_və_intenret_əlaqəsi_yaradılıb
İranın rabitə və informasiya texnologiyaları naziri İranın qərbiində, Lorestan vilayətində yerləşən Poldoxtər şəhərində rabitə imkanlarının seldən sonrakı durumuna aydınlıq gətirərək, dedi: Poldoxtər şəhərində rabitə imkanları normal vəziyyətdədir və internet əlaqəsi da yaradılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2019 14:51 Asia/Baku
  • İranda seldən zərər çəkmiş məntəqələrdə fövqəladə telefon və intenret əlaqəsi yaradılıb
    İranda seldən zərər çəkmiş məntəqələrdə fövqəladə telefon və intenret əlaqəsi yaradılıb

İranın rabitə və informasiya texnologiyaları naziri İranın qərbiində, Lorestan vilayətində yerləşən Poldoxtər şəhərində rabitə imkanlarının seldən sonrakı durumuna aydınlıq gətirərək, dedi: Poldoxtər şəhərində rabitə imkanları normal vəziyyətdədir və internet əlaqəsi da yaradılıb.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Azəri Cəhromu Poldoxtər məntəqəsinə səfəri zamanı jurnalistlər qarşısında verdiyi açıqlamada dedi: Görülən tədbirlər nəticəsində Lorestan vilayətinin bütün məntəqələrində rabitə imkanları bərqərar edilib və Poldoxtər şəhərində sms və mms xidmətləri bərpa edilib.

Azəri Cəhromi Poldoxtər şəhərinin seldən zərər görmüş optik kabellərinin bərpa edilməsi üzrə də səylərin davam etdiyini bildirərək, artıq dördüncü nəsil internet mərkəzinin də işə başladığını dedi.