Apr 05, 2019 19:37 Asia/Baku
  • General Süleymani: Seldən zərər çəkmiş məntəqələrdə Ərbəin xeyriyyə çadırları qurulur
    General Süleymani: Seldən zərər çəkmiş məntəqələrdə Ərbəin xeyriyyə çadırları qurulur

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın "Qüds" qoşunları komandanı İranın qərbində Xuzestan və Lorestan vilayətlərində seldən zərər çəkmiş məntəqələrdə bir ay müddətinə "Ərbəin" xeyriyyə çadırlarının qurulmasından xəbər verib.

İRİB-nin bildirdiyinə görə, general-mayor Qasım Süleymani bu xüsusda yaydığı müraciətdə yağışlı hava şəraitinin davam etməsinə və sel təhlükəsinin mövcud olmasına işarə edərək, bildirib: Mən və müqəddəs müdafiə veteranları və komandanları mövcud təcrübələr və imkanlardan istifadə edərək habelə, lazımi kordinasiyaların və ahəngdarlığın yaradılması ilə gələn həftədən etibarən bir ay müddətinə seldən zərər çəkmiş məntəqələrdə "Ərbəin" xeyriyyə çadırlarının qurulması və onların vəziyyət normal hala qayıdacağı zamana kimi orada qalmaları, Poldoxtər, Susəngerd, Bəstan və digər şəhərlərin əhalisinə yardım etmələri nəzərdə tutulub.

Son günlər İranın müxtəlif məntəqələrində yağan yağışlar xüsusilə ölkənin şimal, cənub, cənub-qərb məntəqələrində sel və daşqınlara səbəb olub. bir neçə şəhər su altında qalıb.

İran hökuməti, müxtəlif qrumlar, silahlı qüvvələr və könüllü xalq qüvvələri seldən zərər çəkənlərə yardım etmək üçün səfərbər olub.

Teqlər