Apr 07, 2019 12:05 Asia/Baku
  • Qasımi: Dünya ziyalıları ABŞ-ın anti-humanist rəftarlarını önləməlidirlər
    Qasımi: Dünya ziyalıları ABŞ-ın anti-humanist rəftarlarını önləməlidirlər

İran İslam Respublikası Xarici İşlər nazirliyinin sözçüsü: Dünya xalqları və ziyalıları ABŞ-ın anti-humanist rəftarlarını önləməlidirlər. Əks halda bu rəftarlar xaosa səbəb olacaq.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi "Əl-Əhd" informasiya portalına verdiyi müsahibədə ABŞ-ın insan haqlarına və humanist dəyərlərə heç bir əhəmiyyət vermədiyini söyləyərək, dedi: ABŞ-ın sanksiyaları İranda seldən zərərçəkənlərə xarici yardımların edilməsinə imkan vermir.

ABŞ son zamanlar İranın Qırmızı Aypara Cəmiyyətinin maliyyə hesablarını bağlamaqla, praktiki olaraq Qırmızı Xaç Komitəsi və digər ölkələrin İranda seldən zərərçəkənlərə maliyyə yardımlarının önünə keçib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin dedi: ABŞ dövləti İran xalqına xidmət iddiasındadır. Amma, son hadisələr sübut etdi ki, bu iddialar acı bir zarafatdır.

Qasımi İranın Qırmızı Aypara Cəmiyyətinin bir humanist qrum olduğunu xatırlatdı və dedi: ABŞ hökuməti İrandakı son sel hadisəsinin fəsadlarının yaratdığı problemlərə görə məsuliyyət daşıyır. ABŞ-ın düşmənçiliyinin həddi hüdudu yoxdur. Çünki, hətta, müharibə şəraitində belə Qızıl Xaç və Qırmızı Ayparanın yardımlarına maneə törədilmir.

Teqlər