Apr 17, 2019 17:21 Asia/Baku
  • Ruhani: İrandakı sel Amerikanın hakim dairələri üçün ən pis tarixi sınaq idi
    Ruhani: İrandakı sel Amerikanın hakim dairələri üçün ən pis tarixi sınaq idi

İran İslam Respublikasının prezidenti ölkədəki sel hadisəsini Amerikanın hakim dairələri üçün ən pis tarixi sınaq adlandırıb və belə deyib: Amerika rejiminin başçıları digər ölkələrin və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin İranın Qırmızı Aypara Cəmiyyətinə yardımlar təqdim etmələrinin qarşısını alaraq, öz mahiyyətlərini göstərdilər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün ölkənin nazirlər kabinetinin iclasında əlavə edib: İran xalqı ilə heç bir problemlərinin olmadığını və İran dövləti ilə problemlərini olduğunu iddia edən amerikalılar sel hadisəsində öz xəbislikləri və bəşəriyyətə zidd olduqlarını göstərdilər.

Ruhani deyib: İranda sel hadisəsi və Amerikanın bu hadisə qarşısındakı addımı göstərdi ki, İran xalqı ölkənin problemlərini aradan qaldırmaq üçün özünə arxalanmalıdır.

İran İslam Respublikasının prezidenti həmçinin sel hadisəsində İranın dövləti və xalqının köməyinə gəlmiş bütün dövlətlərə təşəkkür edərək, vurğulayıb: İran dövləti xalqın yardımı ilə seldən irəli gələn xəsarətlərin əvəzini çıxacaqdır.

İranın şimal, qərb və cənub məntəqələrindən bəzilərində son nadir yağıntılar, sel və daşqınlar böyük maliyyə və insan xəsarətlərinə yol açdı. İranın Tibbi Ekspertiza Təşkilatı sel və daşqınlarda həlak olanların sayını 76 nəfər elan edibdir.

Teqlər