Apr 20, 2019 18:53 Asia/Baku
  • Ruhani İranın qərbində seldənzərərçəkmiş məntəqələrə baş çəkib
    Ruhani İranın qərbində seldənzərərçəkmiş məntəqələrə baş çəkib

İran İslam Respublikası prezidenti İranın qərbindəki Lorestan vilayətinə gedərək, bu seldənzərərçəkmiş məntəqədən baxış keçirib və bu məntəqəyə adi həyat prosesinin tez bir zamanda qayıtması istiqamətində lazımi addımların atılması vacibliyini vurğulayıb.

Həsən Ruhani bu gün Lorestan vilayətinin böhranın idarə olunması üzrə koordinasiya şurasının iclasında iştirak etdikdən dərhal sonra Poldoxtər şəhrestanında seldənzərərçəkmiş məntəqələrə yollanaraq, sel və daşqın nəticəsində xəsarətə düçar olmuş bu məntəqələri nəzərdən keçiribdir.

Poldoxtər əhalisi də öz həmvətənlərinin yardımlarına, eləcə də İranın dövləti və silahlı qüvvələrinin mənzillər və keçidlərin seldən irəli gələn palçıqlardan təmizlənmələri, daşqının aradan qaldırılması və yardım üzrə sutkalıq formada xidmət göstərmələrinə görə təşəkkür edərək, Ruhani ilə səmimi söhbətdə öz problemlərini ortaya qoyub. İran prezidenti də onların problemlərinin həlli üçün lazımi göstərişləri veribdir.

İran prezidenti bundan öncə Lorestan vilayətinin böhranın idarə olunması üzrə koordinasiya şurasının iclasında seldən irəli gələn xəsarətlərin azalması və qarşısının alınması üçün münasib məkanlarda su bəndinin inşası və çayların hüdudlarının qorunmasını zəruri adlandırıb və vurğulayıb ki, İranın hüquq-mühafizə, bəsic, ordu və Sepah qüvvələri, icra rəsmiləri, təcili yardım və Qırmızı Aypara Cəmiyyəti böyük və fədakarcasına iş görüblər.

Ruhani əlavə edib: İranın seldənzərərçəkmiş məntəqələrində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması Ümumdünya Səhiyyə Təşkilatının təəccübü və heyrətinə səbəb olubdur.

İran prezidenti bu gün həmçinin İlam və Xuzistan vilayətlərində seldənzərərçəkənlərə yardım prosesindən baxış keçirmək məqsədilə həmin məntəqələrə səfər edib.

İranın şimal, qərb və cənub məntəqələrindən bəzilərində son nadir yağıntılar, sel və daşqınlar böyük maliyyə və insan xəsarətlərinə yol açdı. İranın Tibbi Ekspertiza Təşkilatı sel və daşqınlarda həlak olanların sayını 76 nəfər elan edibdir.

 

 

Teqlər