Apr 23, 2019 13:57 Asia/Baku
  • İranın insan haqları qərargahı yüzlərlə İngiltərə vətədaşının həbs olunmasını tənqid edib
    İranın insan haqları qərargahı yüzlərlə İngiltərə vətədaşının həbs olunmasını tənqid edib

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahı Londonda yüzlərlə etirazçı İngiltərə vətədaşının yatırılması, həbs və mühakimə olunmasını pisləyib.

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahı bir bəyanatda İngiltərədə vətəndaş toplantıları ilə rəftar prosesindən nigarançılıq edərək, bu ölkə polisi tərəfindən etirazçılara qarşı zorakılığın edilməsini pisləyib və BMT-nin insan haqları şurasından istəyibdir ki, öz vəzifə və tapşırıqları istiqamətində İngiltərədə insan haqlarının aşkar şəkildə pozulması mövzusunu araşdırsın və bu haqda hesabat hazırlasın.

Bəyanatda sonra deyilir: Polis qüvvələrinin geniş miqyaslı zorakılığı vətəndaş hüquqlarının, xüsusən qəbul edilmiş hüquqların və İngiltərə hökumətinin insan haqlarının himayə edilməsi və yüksəldilməsi üzrə beynəlxalq öhdəliklərinin, eləcə də dinc aksiyaların keçirilməsində xalqların hüquqları və azadlıqlarının pozulmasının bariz nümunəsidir.

Londonda ekologiya fəalları aprelin 15-dən etibarən, siyasətçilərin yerin istiləşməsi məsələsinə diqqətsizliyinə etiraz olaraq aksiya keçirirlər. London polisi indiyədək ekologiya fəallarından 1065 nəfəri həbs edibdir.

Teqlər