Əmir Abdullahiyan: Avropa praktiki və təsirli addımlar atmalıdır
İran İslam Şurası Məclisinin sədr köməkçisi: Avropa nüvə anlaşması çərçivəsində praktiki və təsirli addımlar atmalıdır. Əks təqdirdə İran yeni bir yol seçməli olacaq.
İRİB-nin bildirdiyinə görə, İran İslam Şurası Məclisinin sədr köməkçisi Hüseyn Əmir Abdullahiyan cümə axşamı Tehranda Almaniya xarici işlər nazirliyinin siyasət idarəsinin müdiri Yens Plunter ilə görüşdə dedi: Avropalıların nüvə anlaşması sərçivəsində praktiki addımlar atmamaları bu anlaşmanı qorumaq yolunda ən böyük maneədir.
Əmir Abdullahiyan əlavə etdi: Avropanın İrandan neft almaqda davam etməsi və dərhal təsirli bir bank kanalı yaratması avropalıların Ağ evin yanlış addımları qarşısında görə biləcəyi minimum işdir.
İran İslam Şurası Məclisnin sədr köməkçisi həmçinin dedi: Avropanın boş vədləri İranın nüvə anlaşmasından çıxmasına səbəb olacaq.
Almaniya xarici işlər nazirliyinin siyasət idarəsinin rəisi Yens Plunte də bu görüşdə nüvə anlaşmasının qorunmasına təkid etdi.
Əmir Abdullahiyan və Plunter həmçinin regional məsələləri müzakirə ediblər.
Yens Plunter cümə axşamı İranın xarici işlər nazirinin müavini Abbas İraqçıilə də görüşüb.