İran Fələstin məsələsinin İslam Dünyasında əsas məsələ olduğuna təkid etdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyi ümumdünya Qüds günün işğalçı sionist rejimin 70 il davam edən zülm və cinayətlərindən sonra mühasirədə olan və didərgin həyatı yaşayan Fələstin xalqının məzlumluğu və haqq fəryadının simvolu adlandırdı.
İranın Xarici İşlər Nazirliyi cümə axşamı bir bəyanat yayaraq. bildirdi: Sionist rejim var olduğu müddət ərzində işğal etdiyi ərazilərdə bir çox soyqırımı, qətliam və cinayətlər törədib. Bəşəriyyət əleyhinə yönəlmiş bu cinayətlər nəticəsində minlərlə insan didərgin düşüb, həbs və işgəncələrə məruz qalıb. minlərlə uşaq yetim qalıb. Regionda gərginlik və böhrana səbəb olub.
İranın Xarici İşlər Nazirliyi sionist rejim qarşısında islam ölkələri və müsəlman xalqlar arasında birlik və həmrəyliyin qorunmasına təkid edərək, bildirdi: Müsəlmanlar sionist rejimin fitnə planları və onun himayədarlarının islam ümməti arasındakı təfriqə cəhdləri qarşısında ayıq olmalı, Fələstin məsələsinin unudulmasına icazə verməməli və "Əsrin anlaşması" planının icrasına, bu istiqamətdə bəhreyndə keçirilməsi planlaşdırılan iclasın baş tutmasına mane olmalıdırlar.
bu bəyanatda Fələstin məsələsinin İslam dünyasının başlıca məsələsi olduğuna təkid edilir və bildirilir: Regionda sülh və sabitliyin bərqərarı olunması fələstin xalqının hüquqlarının təmin edilməsi. fələstinli didərginlərin evlərinə qayıtmaları və işğal olunmuş ərazilərdə həqiqi sakinlərin iştirakı ilə referendumun keçirilməsi ilə mümkün ola bilər.
Ümumdünya Qüds Günü bu il 31 may tarixinə təsadüf edir.