İraqçı: Amerika İranla iqtisadi savaşa giribdir
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Vyanada keçirilən "Birtərəfli sanksiyalar və onların təsirləri" adlı beynəlxalq seminarda vurğulayıb ki, Amerika İranla iqtisadi savaşa giribdir.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas İraqçı deyib: Amerika hökuməti dollardan digər ölkələrə qarşı hərbi silah kimi istifadə edir.
İraqçı Amerikanın zalımcasına və qanunsuz sanksiyalarına işarə edərək, dünya ictimiyyətinin Vaşinqtonun təkverktorluluğu ilə mübarizəsinin vacibliyini vurğulayıb.
"Birtərəfli sanksiyalar və onların təsirləri" adlı beynəlxalq seminar İran, Kuba və Venesuelanın Vyanadakı siyasi nümayəndəliklərinin təşəbbüsü və Venesuela xarici işlər naziri, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, BMT-nin İnsan Haqları Şurasının birtərəfli hərbi addımlar üzrə xüsusi məruzəçisi və bəzi beynəlxalq şəxsiyyətlərin iştirakı ilə Vyananın Kuborq otelində keçirilib.