Toqo bayrağı altında üzən "Trend" adlı neft tankeri hədəfə alındı
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib ki, Toqo bayrağı altında üzən "Trend" adlı neft tankeri hədəf alınıb və göyərtəsində yanğın baş verdikdən sonra dayanmağa məcbur edilib.
Cümə günü səhər saatlarında verdiyi açıqlamada kontr-admiral Əli Üzmayi vurğulayıb ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti davam etdirir və bu su yolundan qeyri-qanuni keçməyə cəhd edən istənilən gəmi məhv ediləcək.SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının bəyanatında deyilir: "İran İslam Respublikasının əziz xalqı, siz meydanda ardıcıl 200 gecədir davam edən qətiyyətli mövcudluğunuzu qeyd edərkən, İslamın şücaətli döyüşçüləri və SEPAH-ın qəhrəman Hərbi Dəniz Qüvvələri həyati əhəmiyyətli Hörmüz boğazı üzərində nəzarəti qüdrətlə davam etdirir, heç bir təcavüzkarın oradan keçməsinə imkan vermirlər.Ötən gecə Toqo bayrağı altında üzən və qaydaları pozan "Trend" adlı neft tankeri, ABŞ ordusunun təhriki və yanlış yönləndirməsi ilə Hörmüz boğazından qanunsuz keçməyə cəhd etdi, lakin vuruldu və göyərtəsində yanğın baş verdikdən sonra dayanmağa məcbur edildi.SEPAH-ın Hərbi Dəniz Qüvvələri bir daha xəbərdarlıq edir ki, Hörmüz boğazından qanunsuz keçid cəhdi yalnız qaydaları pozan gəminin məhv edilməsi ilə nəticələnəcək", - deyə SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının bəyanatında qeyd esilib.