Səudiyyə Ərəbistanı Yəməndə mülki ərazilərə qarşı 37 hava hücumu həyata keçirib
Sen 19, 2026 17:36 Asia/Baku
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri son 24 saat ərzində Səudiyyə Ərəbistanının Yəmənin Təiz və Həccə vilayətlərinə 37 hava hücumu həyata keçirdiyini açıqlayıb.
Briqada generalı Yəhya Səri bu hücumların təfərrüatlarına toxunaraq bildirib: "Hücumlar Səudiyyə Ərəbistanının "Xəmis Muşait" aviabazasından havaya qalxan F-15 qırıcıları ilə həyata keçirilib.Səri vurğulayıb ki, bu hücumlar nəticədə bir neçə mülki şəxs şəhid olub və ya yaralanıb.