İyul 23, 2019 13:15 Asia/Baku
  • Orteqa: Amerikanın İran xalqına qarşı sanksiyaları qanunsuzdur
    Orteqa: Amerikanın İran xalqına qarşı sanksiyaları qanunsuzdur

Nikaraqua prezidenti Amerikanın İran xalqına qarşı sanksiyalarını qanunsuz adlandırıb.

Nikaraqua prezidenti Daniel Orteqa bu ölkənin paytaxtı Manaquada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə, amili Amerika olan dünyanın hazırkı durumundan narazılıq edib. Vurğulayıb ki, amerikanlar bacalma və beynəlxalq ticarət qanunlarını pozmaqla dünya xalqlarını və hətta öz müttəfiqlərini belə, təhqir edirlər.

İranın xarici işlər naziri də deyib: Amerika hökuməti bütün qanun, qayda və qətnamələrə rəğmən, dünyanın müstəqil xalqlarına qarşı iqtisadi terrorizmə əl atıbdır.

Zərif Nikaraquanın parlament sədri Qustavo Porras Kortes və xarici işlər naziri Denis Monkada ilə də görüşlər keçiribdir.

Teqlər