Zərif sanksiya edildi
ABŞ-ın xəzinədarlıq nazirliyi bu ölkə hökumətinin sanksiya və boykota aludə olmasının ardınca İran İslam Respublikası xarici işlər nazirinin adını sanksiya və boykot edilmiş şəxslər siyahısına salıb.
ABŞ-ın xəzinədarlıq nazirliyi yerli vaxtla cümə axşamı günü səhərçağı İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin adını sanksiya edilmiş şəxslər siyahısına əlavə edib.
Zərifin Amerika tərəfindən sanksiya edilməsi elə bir haldadır ki, İran İslam Respublikası xarici işlər naziri cari il iyulun dördündə "Nyu-York Tayms" qəzetilə müsahibədə Amerika tərəfindən sanksiya edilməsi ehtimalına reaksiyada dedi ki, özünə qarşı ehtimal olunan sanksiyalarla heç bir problemi yoxdur.
Məhəmməd Cavad Zərif özünün və ailəsinin ölkə xaricində heç bir bank hesabına malik olmadığını bildirərək, vurğuladı ki, İran onun bütün həyatı və yeganə öhdəliyidir.