Avq 21, 2019 07:39 Asia/Baku
  • İran xarici işlər nazirinin İsveçdəki məşvərətləri
    İran xarici işlər nazirinin İsveçdəki məşvərətləri

İranın xarici işlər naziri Stokholma səfərinin ikinci günündə İsveçin ticarət naziri ilə görüşərək, onunla iki ölkənin iqtisadi həmkarlığı barədə məşvərət edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçin xarici işlər naziri Marqot Vallsrömlə görüşdən sonra İsveçin ticarət naziri, həmçinin İran-İsveç birgə komissiyasının məsul şəxsi Ann Linde ilə görüşüb.

Qarşılıqlı iqtisadi münasibətlər, nüvə anlaşması məsələsi, İNSTEKS mexanizminin işləmə tərzi, habelə beynəlxalq olaylar Zərif-Linde danışıqlarının predmetlərindən olubdur.

Marqot Vallström İranın xarici işlər naziri ilə görüşdən sonra müxbirlərin qarşısına çıxıb. O, jurnalistlərin nüvə anlaşmasının xilas edilməsi ehtimalı haqdakı sualının cavabında deyib: Avropalılar çox səy göstərməlidirlər ki, İranla nüvə anlaşmasında üzərlərinə düşən payı icra etdiklərinə əmin olmuş olsunlar.

Vallström əlavə edib: Avropalılar nüvə anlaşmasının qorunub saxlanılması, eləcə də öz nüvə anlaşması öhdəliklərini yerinə yetirmək üçün yollar tapmalıdırlar.

İran öz nüvə anlaşması öhdəliklərini azaltmağa davam edəcəyini vurğulayaraq, bildiribdir ki, bu anlaşmadakı şəriklərin öz öhdəliklərinin icrası istiqamətində lazımi addımları atacaqları təqdirdə, həmin proses geridönəsidir.

Amerikanın nüvə anlaşmasından çıxmasından sonra avropalıların müzakirələr gedişində İrana verdikləri vədlərdən biri, hələ də həyata keçirilməmiş İNSTEKS mexanizmidir.

 

Teqlər