İranın şimal-qərbində Sepah-ın quru qoşunlarının böyük manevri keçirilib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının böyük "Qədir" manevri İranın Qərbi Azərbaycan vilayətinin yüksəkliklərində keçirilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı briqada generalı pasdar Mohəmməd Pakpour dünən böyük "Qədir" manevrinin kənarında deyib: Bu manevr Sepah-ın quru qoşunlarının Həmzeye Seyyeduşşühəda(ə) qərargahı tərəfindən Qərbi Azərbaycan vilayətinin Maku şəhərinin "Buralan" məntəqəsinin sərhəd yüksəkliklərində keçirilib.
General Pakpour əlavə edib: Dünya imperializminin dəstək verdiyi əks-inqilabçı terror qruplaşmaları qərargahlarının yerdə qalan hissələrinin məhv edilməsi və İranın şimal-qərbindəki məntəqələrin yaraqlı quldurlardan təmizlənməsi bu manevrin keçirilməsinin məqsədlərindən olubdur.
İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı həmçinin İran sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinin önəminə toxunaraq, deyib: Sepah İran İslam Respublikasının sərhədlərinin təhlükəsizliyini xətərə salacaq hər cür hərəkət qarşısında dayanacaq və təcavüzkarlara sərt cavab verəcəkdir.