15-ci beynəlxalq su sənayesi sərgisi işə başlayıb
https://azeri.sahartv.ir/news/İran-i349614-15_ci_beynəlxalq_su_sənayesi_sərgisi_işə_başlayıb
Bu gün Tehranda 15-ci beynəlxalq su sənayesi sərgisi işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2019 14:25 Asia/Baku
  • 15-ci beynəlxalq su sənayesi sərgisi işə başlayıb

Bu gün Tehranda 15-ci beynəlxalq su sənayesi sərgisi işə başlayıb.

Bu beynəlxalq sərgidə İtaliya, Almaniya, Çin, Macarıstan, Türkiyə və Tayvandan olan 260-dan çox xarici və iranlı şirkət iştirak edir.

Sərgidə metal qovşaqlar, boru, sənaye təchizatları, su və kanalizasiya üzrə sınaq təchizatları, ölçmə sistemləri, dəqiq və avtomasiya sistemləri, qovşaq və kranlar, sutəmizləyici aparatlar, polimer boru və qovşaqlara şamil olan su sənayesi və kanalizasiya təsisatları kimi ən son nailiyyətlər sərgiyə gələnlərə nümayiş etdirilir.

Bu gün işə başlamış 15-ci beynəlxalq su sənayesi sərgisi cümə axşamı gününədək davam edəcək.