Okt 05, 2019 20:24 Asia/Baku
  • Rabitə naziri: İranlı alimlər ABŞ-ın sanksiyalarının arxasında durmayacaqlar
    Rabitə naziri: İranlı alimlər ABŞ-ın sanksiyalarının arxasında durmayacaqlar

İranın rabitə və informasiya texnologiyaları naziri deyib: Mütləq şəkildə iranlı alimlər Amerikanın sanksiyalarının arxasında durmayacaqlar.

İranın rabitə və informasiya texnologiyaları naziri Mohəmməd Cəvad Azəri Cəhromi bu gün "Ay, ulduzların qapısı" şüarı ilə Tehranda keçirilən Ümumdünya Kosmos Həftəsinin başlanması mərasimində əlavə edib: Amerika bir gecədə kosmosda dinc məqsədli hərəkətlər edən İranın üç kosmik məcmuəsini boykot etdi.

Azəri Cəhromi bildirib ki, Amerika İranın kosmos sənayesinin inkişafına paxıllıq edir. O, deyib: Əksər ölkələr dincməqsədli elm mövzusunda İranla həmkarlıq edirlər və digər ölkələrin həmkarlığı ilə mütləq iranlı kosmonavt kosmosa göndəriləcəkdir.

1999-cu ildə BMT-nin Baş Məclisində qəbul olunmuş qətnaməyə görə, hər il oktyabrın 4-dən 10-dək olan müddət Ümumdünya Kosmos Həftəsi adlandırılıbdır.

 

Teqlər