İran tankerinə hücumdan sonra dünya bazarında neftin qiyməti qalxıb
Okt 11, 2019 17:16 Asia/Baku
Qırmızı dənizdə İran tankeri hədəfə alındıqdan sonra dünya bazarlarında neftin qiyməti 2 faizdən çox artıb.
Reuters xəbər verir ki, Şimali Dənizinn brent markalı neftinin bir barreli bu gün, cümə günü 2,3% artaraq, 60 dollar 46 sentə çatıb.
"West Texas Intermediate" markalı neftin qiyməti də 2,1% artaraq, bir barreldə 54 dollar 69 sent təşkil edib.
İranın Milli Tanker Şirkətinə məxsus "SABITY" tankeri cümə günü səhər saatlarında ərəbistanın Ciddə limanından 60 mil məsafədə gövdə hissəsində iki partlayışa məruz qalıb.