Okt 24, 2019 07:55 Asia/Baku
  • İranda yeni sentrifuqaların təqdimatı; tezliklə
    İranda yeni sentrifuqaların təqdimatı; tezliklə

İran Atom Enerjisi Təşkilatı sədrinin xüsusi köməkçisi, yüksək sürətli mərkəzdənqaçma maşınlarının işləməsi üçün lazımi infrastrukturun təmin olunmasının təşkilatın gündəmində durduğunu söyləyərək, yaxın vaxtlarda İranda daha üç nəsil yeni sentrifuqanın təqdim olunacağını bildirib.

İran Atom Enerjisi Təşkilatı sədrinin xüsusi köməkçisi Əli Əsğər Zarean çərşənbə günü İRNA-ya verdiyi müsahibədə hegemonçuluq sisteminin İranın elmi hərəkətini ləngitmək üzrə fitnələrinə işarə edib. Bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik özünün 16 hesabatında İranın Atom Enerjisi Təşkilatının bütün fəaliyyətlərini dincməqsədli adlandırıb, ancaq düşmənlər sırf olaraq, İranın beynəlxalq aləmdəki fəaliyyətlərinə qarşı ittihamlar düzəltmək ardıncadırlar.

İranın nüvə sənayesinin əvvəlkindən daha dinamik olduğunu vurğulayan Zarean İranın Atom Enerjisi Təşkilatının bu günə qədər İranın səthinin 85 faizini radiometrik və hava ilə işləyən maqnit ilə skan etdiyini və bu bilikləri dəmir mədənləri kimi gizli mineral kütlələrə aşıladığını bildirib. Zarean bu haqda məlumatın İranın Sənaye, Mədən və Ticarət Nazirliyi də daxil olmaqla istehlakçılara təqdim edildiyini qeyd edib.

İran Atom Enerjisi Təşkilatı sədrinin xüsusi köməkçisi  həmçinin Ərak reaktorunun rekonstruksiyası və modernləşdirilməsi barədə deyib ki, qarşıdakı iki həftə ərzində bu layihənin ikincil dövrəsi rəsmi olaraq açılacaq və sonra soyuq sınaqdan keçiriləcəkdir.

Zarean, bir milyondan çox iranlının İranın Atom Enerjisi Təşkilatının radiodərmanlarından istifadə etdiyini və bunun artıq qalan hissəsinin bölgədəki ölkələrə və hətta Avropaya da ixrac edildiyini söyləyib. O, əlavə edib: İranın Atom Enerjisi Təşkilatı cib telefonları və planşetlərdə, rəqəmsal kameralarda və teleskoplarda və hətta şüşə və keramika sənayesində də mühüm addımlar atıbdır.

 

Teqlər