Nüvə anlaşması birtərəfli yol deyil
İranın Atom Enerjisi Təşkilatının sədri Amerikanın nüvə anlaşmasından çıxmasını və avropalıların öz öhdəliklərinin icrasındakı sədaqətsizliklərini tənqid edərək, vurğulayıb ki, İran nüvə anlaşmasının birtərəfli yol olmasını qəbul edə bilməz.
Əli Əkbər Salehi IRIB ilə müsahibədə vurğulayıb ki, nüvə anlaşmasının avropalı tərəfləri bu anlaşmada sədaqətsizlik ediblər. O, əlavə edib: Nüvə anlaşmasına əsasən, qərara alınmışdı ki, sanksiyalar götürülsün, amma sanksiyaları ləğv etmədilər və daha İranın da məhdudluğu yoxdur.
Salehi İranın nüvə anlaşması öhdəliklərinin azaldılmasına işarə edərək, deyib ki, İran bu anlaşma çərçivəsindən kənar hərəkət etmir.
İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: İran nüvə anlaşmasına əsasən, bu anlaşma tərəflərinin rəftarlarına uyğun şəkildə öz öhdəliklərini azalda bilər ki, nüvə anlaşmasında tarazlıq yaranmış olsun.
Salehi bildirib ki, təkcə öz milli maraqları və hakimiyyəti çərçivəsində hərəkət edir. O, ümidvarlıq edib ki, nüvə anlaşmasının bütün tərəfləri öz öhdəliklərinə əməl etsinlər.