Noy 13, 2019 17:28 Asia/Baku
  • Əgər nüvə anlaşmasının iqtisadi vədləri reallaşmazsa, hamı ziyan çəkəcəkdir

İran İslam Respublikasının xarici işlər naziri qərblilərin nüvə anlaşması öhdəliklərinin icrasındakı sədaqətsizliklərinə toxunaraq, deyib ki, əgər nüvə anlaşmasının iqtisadi vədləri reallaşmazsa, hamı ziyan çəkəcəkdir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Qazaxıstanın Nursultan şəhərində keçirilən “Tərkisilah və Astana klubunun nüvə silahlarının yayılmaması” konfransında İranın nüvə anlaşması öhdəliklərinin azaldılması istiqamətindəki addımlarını müdafiə edərək, əlavə edib: Əgər nüvə anlaşmasında iqtisadi adiləşdirmə cəhətdən verilən vədlər həyata keçərsə, Tehran öz xoşməramlılığını və onun tam icrasına geri dönməyə hazırlığını göstərməyə hazırdır. Əgər həyata keçməzsə, Tehran öhdəliklərini azaltmaq üzrə yolunu davam etdirəcək.

İranın xarici işlər naziri bazar ertəsi günü “Astana klubu” adlı illik iclasda iştirak etmək və Qazaxıstan rəsmilərilə görüşmək məqsədilə bu ölkəyə yola düşdü.

Zərif bu səfərdə Qazaxıstanın prezidenti Kassym-Jomart Tokayev, xarici işlər naziri Muxtar Tleuberdi və bu ölkənin keçmiş prezidenti Nursultan Nazarbayev ilə görüşəcək.

İranın xarici işlər naziri həmçinin Nursultan şəhərindəki Avrasiya universitetində olaraq, bu universitetin muzeyindən baxış keçirib və onun xatirə dəftərini imzalayıbdır.

İranın xarici işlər nazirinə Qazaxıstanın Avrasiya universitetinin fəxri professoru adı da verilibdir.

 

 

Teqlər