Noy 15, 2019 08:53 Asia/Baku
  • Zərif: İŞİD Asiya üçün bir təhdiddir
    Zərif: İŞİD Asiya üçün bir təhdiddir

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Əfqanıstandakı İŞİD amilləri Tacikistan və Ermənistanda əməliyyatlar icra ediblər.

Məhəmməd Cavad Zərif “İndia Today” telekanalı ilə müsahibədə deyib: İŞİD terror qrupu sırf olaraq bir ölkəyə deyil, bütün bölgəyə qarşı təhdiddir.

İranın xarici işlər naziri deyib: İŞİD Hindistan, Pakistan, Rusiya və Çinə qarşı bir təhdiddir və bu ölkələr bu terror qrupu ilə mübarizə yolunda birləşməlidirlər.

Zərif deyib: İŞİD-in qayıtması İran, Hindistan və Pakistana qarşı bir təhdiddir. Bu terror qrupu öz bazalarını İraq və Suriyadan Əfqanıstana köçürməkdədir.

İranın xarici işlər naziri belə qeyd edib: Əfqanıstanda bütün ölkələri narahat edən bölgələr var, zira İŞİD təkcə bir ölkə üçün təhdid deyildir.

Amerikanın keçmiş xarici işlər naziri Hillari Klinton öz xatirələri kitabında yazıb ki, Taliban, Əlqaidə və İŞİD-i Amerika yaradıbdır.

Amerikanın hazırkı prezidenti Donald Tramp da bundan öncə, seçki debatlarında bildirmişdi ki, Barak Obama və Hillari Klintonun İŞİD-in yaradılmasında rolları olubdur.

Müqavimət mehvəri Suriya və İraqda İŞİD-in yaradılması fitnəsini uğursuz qoydu və İŞİD terror qrupunun başçısı Əbubəkr Əl-Bəğdadinin həyatına son qoyulmasının elan olunması bu terror qrupunun ABŞ-ın yanındakı istehlak müddətinin başa çatdığını göstərir.

 

 

Teqlər