Zərif İstanbula daxil olub
https://azeri.sahartv.ir/news/İran-i353586-zərif_İstanbula_daxil_olub
İranın xarici işlər naziri “İstanbul prosesi-Asiyanın mərkəzi” proqramının xarici işlər nazirləri iclasında iştirak məqsədilə bu gün səhər tezdən Türkiyənin İstanbul şəhərinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2019 04:45 Asia/Baku
  • Zərif İstanbula daxil olub
    Zərif İstanbula daxil olub

İranın xarici işlər naziri “İstanbul prosesi-Asiyanın mərkəzi” proqramının xarici işlər nazirləri iclasında iştirak məqsədilə bu gün səhər tezdən Türkiyənin İstanbul şəhərinə daxil olub.

“İstanbul prosesi-Asiyanın mərkəzi” proqramının səkkizinci konfransı bu gün bölgənin on dörd ölkəsinin xarici işlər nazirlərinin iştirakı ilə İstanbulda keçiriləcək.

Cənab Zərif İstanbula daxil olarkən deyib: Avropa Birliyinin və üzv ölkələrin nüvə anlaşmasının icrasına olan öhdəlik miqdarı qənaətbəxş deyil və bu məsələ nüvə anlaşması komissiyasında İran və iki qeyri-Avropa ölkəsi tərəfindən açıq şəkildə bəyan edilib.

İranın xarici işlər naziri Avropa Birliyinə üzv altı ölkənin İNSTEKS-ə qoşulmasını müsbət dəyərləndirərək, İNSTEKS-in həyata keçməsini bu addıma lazım olan şərt adlandırıb və belə deyib: Lazım olan məsələ iranlı və avropalı tərəflərin imzaladıqları anlaşmanın həyata keçirilməsidir və bu üsul və mexanizmin icrası gələcəkdə mümkündür.